Milli Aviasiya Akademiyası: video müşahidə və giriş nəzarəti
Milli Aviasiya Akademiyası üçün kompleks video müşahidə sistemi qurduq, tələbələr və əməkdaşlar üçün turniketli giriş nəzarəti quraşdırdıq.
Tapşırıq
- Kompleks video müşahidə sistemini layihələndirmək
- Real vaxtda monitorinqi və arxivin etibarlı saxlanmasını təmin etmək
- Giriş nəzarəti və idarəetmə sistemini quraşdırmaq
Nə etdik
Dahua Technology avadanlığı əsasında 4 meqapiksellik küçə tipli Full-color kameralarla video müşahidə sistemini layihələndirib quraşdırdıq. Kameraları 36 portlu idarə olunan giqabit kommutator vasitəsilə qoşduq, izləmə üçün video müşahidə monitoru quraşdırdıq. Keçid nöqtəsində giriş nəzarəti sisteminin şaquli tripod turniketlərini quraşdırdıq.
Fotolar
Layihə haqqında ətraflı
Bu layihəni həyata keçirmək üçün "Milli Aviasiya Akademiyası" "Telcon LLC" şirkətini seçdi.

Müştəri tərəfindən verilən tapşırıqlar:
-
Müasir kompleks videomüşahidə sisteminin layihələndirilməsi.
-
Real vaxt rejimində yüksək keyfiyyətli monitorinqin və məlumat Arxivinin saxlanmasının etibarlılığının təmin edilməsi.
-
Girişə nəzarət və idarəetmə sisteminin quraşdırılması.
Bu obyekti təchiz etmək üçün "Dahua Technology"avadanlığı seçilmişdir.
"Dahua Technology" kompleks həllinin üstünlüyü onun universallığı, istənilən sənayedə tətbiq olunma imkanıdır. Problemin effektiv həlli obyektin fəaliyyətinin xüsusiyyətlərinin təhlilinə, ən həssas zonaların və potensial təhdidlərin müəyyənləşdirilməsinə, mümkün cinayət ssenarilərinin tərtib edilməsinə və onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasına əsaslanan sistemli bir yanaşma tələb edir. Bütün təhlükəsizlik tələblərinə maksimum cavab verən və yüksək keyfiyyətli hadisə monitorinqini təmin edən video nəzarət həlli və avadanlıq təchizatçısının seçimi əsas əhəmiyyət kəsb edir.
Layihə Telcon LLC mütəxəssislərinin əlaqələndirilmiş işi sayəsində peşəkar və vaxtında həyata keçirildi. Bu layihənin həyata keçirilməsində Tahir Rəhimov, Fizuli Həsənov, Ümid Ağamalızadə və Oleq Arbuzov iştirak ediblər.
Sistemə daxil olan avadanlıqlar:







