KəhrizSu: videomüşahidə və giriş nəzarəti
Kəhriz içməli su istehsalçısı (İKAR QRUP) üçün videomüşahidə və giriş nəzarəti: Dahua kameraları, giriş terminalı və üçbarabanlı turniket.
Tapşırıq
- Müasir kompleks videomüşahidə sistemini layihələndirmək
- Real vaxt rejimində keyfiyyətli monitorinqi və arxivin etibarlı saxlanmasını təmin etmək
- Girişə nəzarət və idarəetmə sistemini quraşdırmaq
Nə etdik
Dahua avadanlığı əsasında videomüşahidə sistemi layihələndirilib quraşdırıldı: 4 meqapiksel Full-color küçə kameraları və izləmə monitoru. Girişə nəzarət üçün iki istiqamətli üçbarabanlı turniket və giriş nəzarəti terminalı quraşdırıldı.
Fotolar
Layihə haqqında ətraflı
Müəssisəsinin təhlükəsizliyini təmin etmək üçün, işçiləri və şirkətin qonaqları özlərini inamlı və rahat hiss edə bilməsi üçün müasir hərtərəfli video nəzarət sistemi qurmaq, girişə nəzarət və idarəetmə sistemi qurmaq tapşırıq verildi.
Bu layihəni həyata keçirmək üçün "KəhrizSu" "Telcon LLC" şirkətini seçdi.
Müştəri tərəfindən verilən tapşırıqlar:
-
Müasir kompleks videomüşahidə sisteminin layihələndirilməsi.
-
Real vaxt rejimində yüksək keyfiyyətli monitorinqin və məlumat Arxivinin saxlanmasının etibarlılığının təmin edilməsi.
-
Girişə nəzarət və idarəetmə sisteminin quraşdırılması.
Bu obyekti təchiz etmək üçün "Dahua Technology"avadanlığı seçilmişdir.
"Dahua Technology" kompleks həllinin üstünlüyü onun universallığı, istənilən sənayedə tətbiq olunma imkanıdır. Problemin effektiv həlli obyektin fəaliyyətinin xüsusiyyətlərinin təhlilinə, ən həssas zonaların və potensial təhdidlərin müəyyənləşdirilməsinə, mümkün cinayət ssenarilərinin tərtib edilməsinə və onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasına əsaslanan sistemli bir yanaşma tələb edir. Bütün təhlükəsizlik tələblərinə maksimum cavab verən və yüksək keyfiyyətli hadisə monitorinqini təmin edən video nəzarət həlli və avadanlıq təchizatçısının seçimi əsas əhəmiyyət kəsb edir.
Layihə Telcon LLC mütəxəssislərinin əlaqələndirilmiş işi sayəsində peşəkar və vaxtında həyata keçirildi. Bu layihənin həyata keçirilməsində Tahir Rəhimov, Fizuli Həsənov, Ümid Ağamalızadə və Oleq Arbuzov iştirak ediblər.
Sistemə daxil olan avadanlıqlar:






