Bankçılıq və maliyyə

Azərbaycan İnvestisiya Holdinqi: video müşahidə və giriş nəzarəti

Azərbaycan İnvestisiya Holdinqi üçün kompleks IP video müşahidə sistemi qurduq və ofisdə giriş nəzarəti quraşdırdıq.

Azərbaycan İnvestisiya Holdinqi: video müşahidə və giriş nəzarəti
MüştəriAzərbaycan İnvestisiya Holdinqi
SahəBankçılıq və maliyyə
SistemlərVideo müşahidə, Giriş nəzarəti
BrendDahua, Western Digital

Tapşırıq

  • Kompleks video müşahidə sistemini layihələndirmək
  • Real vaxtda monitorinqi və arxivin etibarlı saxlanmasını təmin etmək
  • Giriş nəzarəti və idarəetmə sistemini quraşdırmaq

Nə etdik

Dahua Technology avadanlığı əsasında IP video müşahidə quraşdırdıq: 4 meqapiksellik küçə və daxili kameralar, həmçinin 2 meqapiksellik daxili kameralar. Kameraları 24 portlu PoE kommutator vasitəsilə qoşduq, arxiv video müşahidə üçün Western Digital sərt disklərinə yazılır. Giriş nəzarəti sistemini quraşdırdıq.

Fotolar

Azərbaycan İnvestisiya Holdinqi: video müşahidə və giriş nəzarətiAzərbaycan İnvestisiya Holdinqi: video müşahidə və giriş nəzarətiAzərbaycan İnvestisiya Holdinqi: video müşahidə və giriş nəzarətiAzərbaycan İnvestisiya Holdinqi: video müşahidə və giriş nəzarətiAzərbaycan İnvestisiya Holdinqi: video müşahidə və giriş nəzarətiAzərbaycan İnvestisiya Holdinqi: video müşahidə və giriş nəzarətiAzərbaycan İnvestisiya Holdinqi: video müşahidə və giriş nəzarətiAzərbaycan İnvestisiya Holdinqi: video müşahidə və giriş nəzarəti
Layihə haqqında ətraflı

Azərbaycan Investisiya Holdinqi Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış publik hüquqi şəxsdir. AİH-nin məqsədi dövlət şirkətlərinin və müəssisələrinin idarəetmə sistemini və fəaliyyətini, habelə dövlət kapitalının payı olan təsərrüfat subyektlərini ümumi prinsiplər əsasında Azərbaycan İnvestisiya holdinqinə idarəetməyə vermək və onların rəqabət qabiliyyətini təmin etməklə öz investisiya proqramlarının iqtisadi səmərəliliyini və şəffaflığını artırmaqdır.

Şirkətin təhlükəsizliyini təmin etmək üçün, şirkətin müştəriləri və işçiləri özlərini inamlı və rahat hiss edə bilməsi üçün müasir hərtərəfli video nəzarət sistemi qurmaq, girişə nəzarət və idarəetmə sistemi qurmaq tapşırıq verildi. 

Bu layihəni həyata keçirmək üçün "Investment Holding" "Telcon LLC" şirkətini seçdi.


Müştəri tərəfindən verilən tapşırıqlar:

  • Müasir kompleks videomüşahidə sisteminin layihələndirilməsi.

  • Real vaxt rejimində yüksək keyfiyyətli monitorinqin və məlumat Arxivinin saxlanmasının etibarlılığının təmin edilməsi.

  • Girişə nəzarət və idarəetmə sisteminin quraşdırılması.

Bu obyekti təchiz etmək üçün "Dahua Technology"avadanlığı seçilmişdir. 

"Dahua Technology" kompleks həllinin üstünlüyü onun universallığı, istənilən sənayedə tətbiq olunma imkanıdır. Problemin effektiv həlli obyektin fəaliyyətinin xüsusiyyətlərinin təhlilinə, ən həssas zonaların və potensial təhdidlərin müəyyənləşdirilməsinə, mümkün cinayət ssenarilərinin tərtib edilməsinə və onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasına əsaslanan sistemli bir yanaşma tələb edir. Bütün təhlükəsizlik tələblərinə maksimum cavab verən və yüksək keyfiyyətli hadisə monitorinqini təmin edən video nəzarət həlli və avadanlıq təchizatçısının seçimi əsas əhəmiyyət kəsb edir.

Layihə Telcon LLC mütəxəssislərinin əlaqələndirilmiş işi sayəsində peşəkar və vaxtında həyata keçirildi. Bu layihənin həyata keçirilməsində Tahir Rəhimov, Fizuli Həsənov, İsmayıl Əliyev və Oleq Arbuzov iştirak ediblər.

Sistemə daxil olan avadanlıqlar:

Digər layihələr

Belə bir layihə lazımdır?Obyekt haqqında yazın — avadanlığı seçib, smeta hazırlayaq.