5%-lə kreditə günəş elektrik stansiyası: Enerji Effektivliyi Fondunun proqramı
Ev, mağaza və ya istehsalat üçün günəş elektrik stansiyasını indi böyük birdəfəlik xərclər olmadan qurmaq mümkündür. Enerji Effektivliyi Fondu enerji sərfini azaldan layihələri güzəştli faizlə — illik 5%-dək maliyyələşdirir. Kreditlər fondun tərəfdaş bankları vasitəsilə verilir.
Kimlər kredit ala bilər
Fərdi ev sahibləri, fiziki və hüquqi şəxslər, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, kommersiya obyektləri, sənaye və kənd təsərrüfatı müəssisələri.
Nə maliyyələşdirilir
İstilik izolyasiyası və istilik sistemlərinin yenilənməsi ilə yanaşı, proqram bərpa olunan enerji mənbələrini, o cümlədən avtonom (off-grid) günəş sistemlərini, həmçinin ağıllı sayğacları və enerji idarəetmə sistemlərini əhatə edir.

Əsas tələb
Layihə ən azı 20% enerji qənaəti təmin etməli və texniki əsaslandırmaya — enerji auditinə və ya müstəqil ekspert rəyinə malik olmalıdır.
Necə müraciət etmək olar
Müraciət qaydası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin videoçarxında ətraflı izah olunur:
TELCON necə kömək edir
Obyektinizə uyğun günəş panellərini, inverterləri və akkumulyatorları seçəcək, müraciət üçün avadanlığın texniki xüsusiyyətlərini təqdim edəcəyik. Kredit barədə yekun qərarı bank verir.






